Bundesliqa oyunlarına cəmi dörd azarkeş buraxıla bilər

Bundesliqa oyunlarına cəmi dörd azarkeş buraxıla bilər

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlayacağı gözlənilir.

İddiaya görə, matçların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan uşaq, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.

Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.

Mənbə: report.az