110 milyo avroluq futbolçu "Mançester Yunayted"də oynamaq istəyir

Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço "Mançester Yunayted"də oynamağa hazırdı.

Fanat.Az "Athletic"ə istinadən xəbər verir ki, Sanço karyerasını "qırmızı şeytanlar"ın heyətində davam etdirmək istəyir. 20 yaşlı futbolçu daha əvvəl "Mançester Siti"nin akademiyasında oynayanda Mançesterdə yaşadığı üçün şəhərə yaxşı tanışdı. Həmçinin onun "Yunayted"in hücumçusu Markus Reşfordla dostluq etməsi də transferin reallaşma ehtimalını artırır.

"Liverpul" və "Çelsi" də 19 yaşlı oyunçunun xidmətində maraqlıdı. "Borussiya" transfer qarşılığında minimum 110 milyon avro tələb edir.

Cari mövsümdə Bundesliqada 23 matçda meydana çıxan Sançonun aktivində 14 qol, 15 məhsuldar ötürmə var.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Heyvanları canlı-canlı yedi - FOTO

SONRAKI XƏBƏR

Tramp ABŞ kəşfiyyatının koronavirus iddiasını uydurma adlandırdı