Gimnastımız Bakıda ləğv olunan yarışda bürünc medal qazandı

Gimnastımız Bakıda ləğv olunan yarışda bürünc medal qazandı

Azərbaycanın idman gimnastı Mariya Nekrasova Bakıda keçirilən və final mərhələləri koronavirusa görə baş tutmayan Dünya Kubokunda bürünc medal qazanıb.

“Report”un məlumatına görə, idmançı təsnifat yarışında dayaqla tullanmada üçüncü yeri tutub.

Beynəlxalq Gimnastika Federasiyası Dünya Kubokunda seçmə mərhələnin nəticələrinin yekun hesab olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, martın 12-də başlayan Dünya Kuboku ertəsi gün koronavirusa görə dayandırılıb. İlk iki gündə təsnifat yarışları olub. 14 - 15 martda final mərhələləri keçirilməli idi.

Mənbə: report.az