Koronavirusa yoluxan dünya çempionu xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan dünya çempionu xəstəxanaya yerləşdirildi

İngiltərə millisi və "Lids Yunayted"in keçmiş futbolçusu Norman Hanterin koronavirus analizi pozitiv çıxıb.

Fanat.Az "Lids"in rəsmi saytına istinadən xəbər verir ki, Hanter xəstəxanaya yerləşdirilib. Klubun bəyanatında qeyd olunub:

"Fürsətdən istifadə edərək ictimaiyyətə və mediaya xatırlatmaq istərdik ki, bu çətin vaxtda Normana və ailəsinə hörmət etmək, onun şəxsi həyatına müdaxilədən yayınmaq lazımdı. Mübarizənə davam et, Norman. Biz hamımız yanındayıq".

76 yaşlı Hanter 1966-cı ildə dünya çempionatının qalibi olub. Hanter "Lids"in heyətində iki dəfə İngiltərə çempionatında zəfər yaşayıb.

Fanat.Az

Mənbə: fanat.az