Poçettino "Real"ı çalışdıra bilər

Poçettino "Real"ı çalışdıra bilər

"Real Madrid" Maurisio Poçettino ilə təmasdadır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi Zinəddin Zidanın işindən razıdır. Ancaq fransalı mütəxəssisin gələn mövsüm istefa verəcəyindən ehtiyat edir. Bu səbəbdən də rəhbərlik argentinalı çalışdırıcı ilə əlaqə saxlayıb.

Klub prezidenti Florentino Peres Zidanın yerinə əsas namizəd kimi Poçettinonu düşünür.

Milli.Az

Mənbə: news.milli.az