Ronaldo yeni evə köçdü - FOTOLAR

Ronaldo yeni evə köçdü - FOTOLAR

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo koronavirus pandemiyası müddətində ailəsi ilə birlikdə yaşadığı Madeyra adasındakı villasından yeni evə köçüb.

Offsideplus.az xəbər verir ki, Ronaldo balıqçı kəndi sayılan Kanikalda lüks villa kirayələyib. Ailəsi ilə birlikdə artıq orada yaşayan 35 yaşlı oyunçu həftəlik 3500 funt-sterlinq ödəyir. Futbolçu gələn həftə Turinə qayıdacağı üçün bir müddət ondan ayrı qalacaq ailəsinə rahat yaşaması üçün bu villanı kirayələyib.

Qeyd edək ki, Ronaldonun aprelin 13-də Turinə dönməyi planlaşdırdığı bildirilir.

Mənbə: offsideplus.az