"Fənərbağça" üçün sürpriz ad: Artıq danışıqlar da keçirildi

"Fənərbağça" üçün sürpriz ad: Artıq danışıqlar da keçirildi

Baş məşqçisi Ərsun Yanalla yolları ayıran "Fənərbağça" bu posta yeni namizəd axtarışlarını sürətləndirib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-larcivərtlilər" artıq yeni mütəxəssislə razılaşmaq üzrədir. Belə ki, İstanbul təmsilçisi uzun illər Belçika milli komandasının sükanı axrasınd aolan Mark Vilmostla danışıqlar aparır. Artıq klub prezidenti Ali Koçun Vilmostla videogörüntülü danışdığı da bildirilir.

Mark Vilmostu yaxından tanıyaq.

Futbola 1987-ci ildə başlayıb və 2003-cü ildə karyerasını bitirib. Vilmost 4 dəfə mundiallarda forma geyinib və Belçika millisinin heyətində ən məhsuldar futbolçulardan biri olub. 2003-cü ildə isə məşqçilik karyerasına başlayıb.

2003-cü il - "Şalke"

2004-2005 - "Sint-Truiden"

2009-2012 - Belçika millisində məşqçi köməkçisi

2012-2016 - Belçika millisinin baş məşqçisi

2017-ci il - Fildişi Sahili millisinin baş məşqçisi

2019-cu il - İran yığmasının baş məşqçisi

Mənbə: offsideplus.az