UEFA-nın rəsmi saytı Azərbaycan klubundan yazdı

UEFA-nın rəsmi saytı Azərbaycan klubundan yazdı

Bu gün UEFA-nın rəsmi saytında bir sıra dünya ölkələrində futbol klublarının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi xeyirxah təşəbbüslər barədə məlumat dərc edilib.

Offsideplus.az xəbər verir ki, qurumun saytında Azərbaycanın Peşəkar Futbol Liqasının mütəmadi olaraq, karantin günlərini evdə keçirən insanları əyləndirmək məqsədilə "instagram" sosial şəbəkəsində maraqlı paylaşımlar etdiyi yazılıb. Bundan əlavə sayt "Sabah" klubunun koronavirusla mübarizə üçün yaradılan milli Dəstək Fonduna 25 000 avrodan çox pul ianə etdiyini də qeyd edib. Eyni zamanda klubun COVİD-19-a yoluxan xəstələrin həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlər barədə videoçarx hazırlaması da UEFA-nın diqqətindən qaçmayıb.

Mənbə: offsideplus.az