İkardi PSJ-ni tərk edir

İkardi PSJ-ni tərk edir

PSJ futbol klubunun hücumçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib. Müqavilə ilə “İnter” futbol klubuna məxsus olan argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilir.
Futbolçu və onun meneceri olan xanımı Vanda Nara PSJ-nin idman direktoru Leonardo ilə görüşərək qərarlarını açıqlayıblar.
Qeyd edək ki, M. İkardi bu mövsüm Fransa liqasında 20 matça çıxıb və 12 qol vurub.
Xəbəri “Futbolhd.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com