İspaniyalı futbolçu dilini dinc qoymadı: “Bakıda pulumu vermədilər”

İspaniyalı futbolçu dilini dinc qoymadı: “Bakıda pulumu vermədilər”

"Bakı"nın sabiq futbolçusu Mario MartinesRubio ölkəsinin mətbuatına verdiyi müsahibədə Azərbaycandakı günlərinixatırlayıb.

Sport7.az xəbər verir ki, "Marca” nəşrinə danışan yarımmüdafiəçiAzərbaycan karyerasının qısa alınmasının səbəblərinə toxunub.

Artıq karyerasını başa vuran Mario"Bakı"nın ona borclu qaldığını vurğulayıb: "Kiprdə olanda"Olimpiakos” maaşımı vermirdi, FİFA-ya şikayət etdim, azad agent statusualdım. Oradan Azərbaycana yollandım. "Bakı"nın heyətində mövsümün ilkyarısı yaxşı keçdi. Heç bir problemim yox idi, hər şey əla idi. İkinci yarıdadaha yaxşı olacağını gözləyirdim ki, tam tərsi oldu. Problemlər artdı, buradada pulumu vermədilər, ardından isə komanda dağıldı. Azərbaycandan sonra yollandığımKolumbiyada da eyni problemi yaşadım. Çətin dönəmlərdən keçdim".

Xatırladaq ki, Mario Martines Rubio 2013-2014mövsümünü "Bakı"nın heyətində çıxış edib.

Sport7.az

Mənbə: sport7.az