Əfsanəvi boksçu Corc Forman 76 yaşında vəfat edib

Əfsanəvi boksçu Corc Forman 76 yaşında vəfat edib

ABŞ-ın boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə onun yaxınları “Instagram” hesabında məlumat verib.

Qeyd edək ki, Corc Forman ağır çəkidə Olimpiya və iki dəfə dünya çempionu olub.

1974-cü il oktyabrın 30-da Kinşasada (Zair) Formanla Məhəmməd Əli arasında görüş keçirilib. “Cəngəlliklərdə savaş” adlandırılan bu döyüş 8-ci raundda Məhəmməd Əlinin nokautla qələbəsi ilə başa çatıb. Corc Forman karyerasında ilk məğlubiyyətini bu görüşdə alıb.

Forman 1949-cu ildə Texasda anadan olub.

Mənbə: apa.az