DÇ-2026-nı final mərhələsinin daha bir iştirakçısı bəlli olub.
Yeni Zelandiya millisi mundiala vəsiqə qazanıb.
Okeaniya zonası üzrə seçmə mərhələnin finalında Yeni Kaledoniya ilə görüşən yeni zelandiyalılar böyük hesabla qalib gəliblər – 3:0. Qollara Maykl Boksell, Kostas Barberuses və Elayja Cast imza atıblar. Yeni Zelandiya ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundiala vəsiqə qazanan ikinci komanda olub. Onlara qədər Yaponiya DÇ-2026-ya yüksəlib.
Rəşad Rafiqoğlu
Mənbə: bizim.media