"Beşiktaş"ın prezidenti 1,5 milyon cərimələndi

"Beşiktaş"ın prezidenti 1,5 milyon cərimələndi

Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın prezidenti Sərdal Adalını cərimələyib.

Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, S.Adalı klubun sosial media hesabında verdiyi açıqlamalara görə cərimələnib.

Klub prezidentinin 1,5 milyon lirə cərimə və 45 gün hüquqlarından məhrum edildiyi vurğulanıb.

Qeyd edilib ki, "Beşiktaş"-"Qalatasaray" matçında meydanda baş verən insidentlər və komanda olaraq idmana yaraşmayan hərəkətlərə görə "qara qartallar"a ümumilikdə 2 milyon 952 min Türkiyə lirəsi cərimə olunub.

Mənbə: axar.az