"Rusiya dövlət başçısı Vladimir Putin müntəzəm olaraq xokkey oynayır".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müvafiq suala cavab verərkən deyib.
"Putin tez-tez xokkey oynamayır? O, müntəzəm xokkey oynayır. Bildiyim yeganə şey budur", - Peskov deyib.
Putin ikiqat olimpiya çempionu Vyaçeslav Fetisovun rəhbərliyi altında xokkey oynamağa başlayıb. 2012-ci ildə prezident ilk dəfə “Noçnoy” Xokkey Liqası komandasının heyətində buz üzərinə çıxıb.
Mənbə: publika.az