“Barselona” “Kamp Nou”ya nə vaxt qayıdır?

“Barselona” “Kamp Nou”ya nə vaxt qayıdır?

“Barselona”nın “Kamp Nou” stadionuna qayıtmasının gözlənilən tarixi açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, klub yenidənqurma işlərini bu ilin sentyabrında başa çatdırmağı planlaşdırır. Bütün proseslər tamamlandıqdan sonra stadionun tutumunun 105 min tamaşaçı olacağı gözlənilir.

“Kamp Nou”nun yenidən qurulmasına 2023-cü ildə başlanıb. O vaxtdan kataloniyalılar ev oyunlarını Barselonanın 56 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda keçirirlər.

Xatırladaq ki, 31 turdan sonra “Barselona” 70 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Mənbə: qafqazinfo.az