“Barselona”nın futbolçusu Ferran Torres “Selta Viqo” ilə matçda əvəzlənməsinə əsəbiləşib.
“Qafqazinfo” xəbər verir ki, o, 59-cu dəqiqədə Lamin Yamalla əvəzlənib.
Futbolçu meydandan çıxarkən buna etiraz edib. F.Torres əvəzlənməsinə görə məşqçilərə də etiraz edib.
Qeyd edək ki, matç “Barselona”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Ferran Torres oyunda ilk qolu vurub.
Mənbə: qafqazinfo.az