“Barselona”ya bir qol bəs etdi - Video

“Barselona”ya bir qol bəs etdi - Video

İspaniya La Liqasında 33-cü tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Valensiya” doğma meydanda “Espanyol”la heç-heçə edib - 1:1.

Digər görüşdə isə lider “Barselona” evdə “Malyorka” üzərində çətin qələbə qazanıb. Kataloniya təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.

Bu nəticədən sonra “Barselona” xallarını 76-ya çatdırıb. “Malyorka” isə 44 xalla 7-ci pillədə qərarlaşıb.

Mənbə: qafqazinfo.az