Avroliqada yarımfinallar başlayır

Avroliqada yarımfinallar başlayır

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Yarımfinalın ilk oyunları İspaniya və İngiltərədə baş tutacaq.

“Atletik” Bilbaoda “Mançester Yunayted”lə, “Tottenhem” isə Londonda “Bodo-Qlimt” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın cavab oyunları 8 may tarixində keçiriləcək.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may

23:00. “Atletik” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Tottenhem” (İngiltərə) – “Bodo-Qlimt” (Norveç)

Mənbə: qafqazinfo.az