17 yaşında 100-cü matçına çıxdı

17 yaşında 100-cü matçına çıxdı

“Barselona”nın futbolçusu Lamine Yamal komandasında yubiley matçına çıxıb.

Çempionlar Liqasının yarımfinalında komandasının qarşı “İnter”ə (3:3) qarşı keçirdiyi matç 17 yaşlı hücumçunun 100-cü oyunu olub.

Qarşılaşmanın ən yaxşılarından olan Yamal 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.

Qeyd edək ki, Lamin Yamal “Barselona”da debütünü 2023-cü ilin aprelində edib.

Mənbə: qafqazinfo.az