“Ludoqorets” “Zirə”nin futbolçusu üçün 800 min avro ödəməyə hazırdır

“Ludoqorets” “Zirə”nin futbolçusu üçün 800 min avro ödəməyə hazırdır

Bolqarıstanın “Ludoqorets” klubu qvineyalı vinger Salifu Suma ilə bağlı “Zirə”yə təklif göndərib.

“Qafqazinfo” “AfricaFoot”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsində nəzərdə tutulduğu kimi 800 min avro nu ödəməyə razıdır.

Bolqarıstan klubu Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.

Suma 2023-cü il avqustun 2-dən “Zirə”də çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Mənbə: qafqazinfo.az