Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.
27 yaşlı futbolçu 2-ci Bundesliqanın “Fortuna Düsseldorf”a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.
“Nürnberq”in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də “Elbersberq”a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.
Qeyd edək ki, Emreli son turlar uğurlu oyunu ilə diqqət çəkir. Azərbaycanlı futbolçu son 3 bundesliqa matçında 4 qol vurub. Ümumən isə Mahir 21 matçda 7 dəfə rəqib qapısına yol tapıb.
Mənbə: qafqazinfo.az