“Neftçi” komandası “Kəpəz”ə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXIII tur matçının hazırlıqlarını başa vurub.
"Ağ-qaralar" bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçulardan Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Qeyd edək ki, mayın 4-də “Neftçi Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Mənbə: publika.az