Bakıda keçirilən ikinci liqa matçında dava - VİDEO

Bakıda keçirilən ikinci liqa matçında dava -

Azərbaycan 2-ci liqasında 24-cü turunda keçirilən “Şəfa” “Şahdağ Qusar” matçında dava çıxıb.

“ASK Arena”da baş tutan çempionluq əhəmiyyətli görüşdə oyunçular arasında qalmaqal yaşanıb.

Qarşılaşmanı izləyən minlərlə azarkeş komandaları fitə basıblar. Davaya ehtiyat skamyada əyləşən oyunçular da müdaxilə edib.

Qeyd edək ki, matç 0:0 hesabı ilə yekunlaşıb. Mövsümün sonuna 2 tur qalmış bu iki komanda arasında xal fərqi yenə 3 olaraq qalıb.

Əlav edək ki, bu iki komanda 1-ci liqaya vəsiqəni artıq təmin ediblər.

Mənbə: qafqazinfo.az