Mourinyu İtaliyada müdafiəçi axtarır

Mourinyu İtaliyada müdafiəçi axtarır

"Tottenhem" müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Fanat.Az TMW-yə istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyu diqqətini İtaliyaya yönəldib. Portuqaliyalı mütəxəssisin siyahısında Aleks Sandro, Mattia De Şilyo (hər ikisi "Yuventus") və Timoti Kastan ("Atalanta") var.

"Tottenhem" Aleks Sandro qarşılığında "Yuve"yə Serj Oryeni təklif edib. "Spörs" əlavə ödəniş etməyə də razıdı. London klubu De Şilyoya görə isə "Nyukasl"da icarə əsasında çıxış edən Denni Rouzu qarşı tərəfə göndərməyə hazırdı.

Fanat.Az

Mənbə: fanat.az