Misli Premyer Liqasında XXXIV tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
"Sumqayıt" hazırda 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 29 xalı var.
Turun son matçında "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. "Qarabağ" turnir cədvəlində 80 xalla birinci yerdədir. Üçüncü olan "Araz-Naxçıvan"ın isə 55 xalı var.
Mənbə: bizim.media