Ronaldonun oğlu Portuqaliya yığmasında debüt ETDİ

Ronaldonun oğlu Portuqaliya yığmasında debüt ETDİ

Ulduz futbolçu Kriştiano Ronaldonun oğlu Portuqaliya yığmasında debüt edib.

Kiçik Ronaldo ölkənin U-15 komandasının formasını geyinib.

14 yaşlı futbolçu Xorvatiyada keçirilən turnirdə Yaponiya ilə görüşün 54-cü dəqiqəsində meydana daxil olub. Qarşılaşma Portuqaliya yığmasının qələbəsi ilə yekunlaşıb. 7 nömrəli formada meydana çıxan Ronaldo JR bu görüşdə fərqlənə bilməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəsr"in uşaq komandasında forma geyinir.


Mənbə: unikal.az