Mahir het-trik etdi, “Nürnberq” qələbə qazandı - Video - Yenilənib

Mahir het-trik etdi, “Nürnberq” qələbə qazandı - Video - Yenilənib

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyunun keçirir.

Komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.

Oyuna start heyətdə başlayan Mahir matçın ilk hissəsində het-triklə yadda qalıb.

Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.

Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur.

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” - 0:4 (Birinci hissə)

Qolllar: Mahir Emreli, 10 (0:1), 20, (0:2), Justvan, 31 (0:3), Mahir Emreli, 45+1 (0:4)

***

Görüş “Nürnberq”in 1:4 hesablı qələbəsilə yekunlaşıb.

Həmyerlimizin çıxış etdiyi klub çempionatı 48 xalla 10-cu yerdə bitirib.

Mənbə: qafqazinfo.az