Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya milli futbol komandasının hücumçusu Kriştian Ronaldo Braziliyanın “Flamenqo” klubu ilə qısamüddətli müqavilə imzalaya bilər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə açıqlamasında futbol agenti Paulo Barbosa məlumat verib.
"Bu, hələ də fərziyyə kimi görünür və Kriştian Ronaldonun dünya bazarındakı statusunu yüksəltməyə yönəlib. Onun Səudiyyə Ərəbistanında oynadığını nəzərə alsaq, onun mövqeyinin bir qədər devalvasiyasından danışmaq olar. Səudiyyə Ərəbistanında çempionat orta maraq doğurur, ona görə də Klublararası Dünya Çempionatında iştirak maraqlı addım olardı", - o deyib.
Hüseyn İbadlı
Mənbə: publika.az