Azərbaycan millisinin iyunda keçiriləcək oyunlar üçün heyətinin açıqlanacağı vaxt bəlli olub.
Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Mayın 23-də yığmanın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 16:00-da başlayacaq.
Mətbuat konfransında millimizin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.
Mənbə: bizim.media