“Barselona” Rafinya ilə bağlı qərar verdi

“Barselona” Rafinya ilə bağlı qərar verdi

“Barselona” futbolçusu Rafinya ilə yeni razılıq əldə edib.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Braziliyalı vingerlə 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq. Bu, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə imzalanacaq yeni sözləşmədən sonra baş tutacaq.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 oyuna çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Mənbə: qafqazinfo.az