Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

"Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb".

Bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: "Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub".

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib.

Qeyd edək ki, hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov "Report"a müsahibəsində koronavirusa yoluxduğunu açıqlayıb.

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

İqtisadçı: 600 manata qədər maaş alanlar vergidən azad edilsinlər

SONRAKI XƏBƏR

Koronavirusun dünyaya vurduğu ziyanın miqdarı açıqlandı