Daha bir ölkədə çempionat ləğv edildi

Qambiyada COVİD-19 epidemiyasına görə yarımçıq dayandırılmış futbol çempionatları ilə bağlı yekun qərar çıxarılıb.

Offsideplus.az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyası mövsümün ləğvinə qərar verib.

Cari mövsümün geridə qalan hissəsində qeydə alınan nəticələrin də ləğv olunduğunu və keçərsiz sayıldığı bildirilib. Sadəcə, çempionatın ilk iki pilləsində qərarlaşan “Real Banjul” və “Armed Forces” klublarının Afrika Çempionlar Liqasında iştirak edəcəyi barədə qərar qəbul olunub.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Özünümüalicə ölümə səbəb olur - VİDEO

SONRAKI XƏBƏR

Sumqayıtda qaldırıcı kran aşdı - FOTO