“Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib

“Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib

Bakı, 23 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 22-də Almaniya çempionatına “Herta” - “Union” oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, “Olimpiya” stadionunda baş tutan oyun “Herta”nın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Bu qələbədən sonra 34 xal toplayan “Herta” 10-ci, “Union” isə 30 xalla 12-ci yerdə qərarlaşıb.

Turun digər oyunları martın 23-24-də keçiriləcək.

 

Mənbə: azertag.az