DÇ-2018-in qızıl medallarından biri hərracda satılıb

DÇ-2018-in qızıl medallarından biri hərracda satılıb

Bakı. Trend:

Futbol üzrə 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qızıl medallarından biri hərraca çıxarılıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Julien's Auctions" auksion evindən bildiriblər.

Məlumata əsasən, 2018-ci ilin Dünya Çempionatının qalibi olan Fransa yığmasının oyunçularından birinin qızıl medlaı hərracda 65 950 avroya satılıb.

 

Medalın sahibinin kimliyi barədə məlumat verilmir.

Xatırladaq ki, Rusiyada keçirilən Dünya Çempionatının finalında Fransa yığması Xorvatiya yığması üzərində qələbə qazanıb.

Mənbə: az.trend.az