"Neftçi" uğursuz direktorla yolları ayırdı - ÖZƏL

"Neftçi" uğursuz direktorla yolları ayırdı - ÖZƏL

"Neftçi"nin Futbol Akademiyasının direktoru Mik Benetlə yolları ayırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yüksək əməkhaqqı alan Benetlə əməkdaşlığa son qoyulduğu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Sponsor şirkətdən büdcənin düzgün istiqamətdə xərclənməməsi ilə bağlı ciddi tənbeh alan "Neftçi" rəhbərliyi qazancının qarşılığını işi ilə verə bilməyən Beneti daha münasib maaşa çalışacaq biriylə əvəzləyəcək.

Bu isə o deməkdi ki, ingilisin boşaltdığı post başqa əcnəbiyə verilməyəcək. Paytaxt təmsilçisinin akademiyasına yerli mütəxəssisin rəhbərlik etməsi planlaşdırılıb.

Qeyd edək ki, Mik Benet 2018-ci ilin sentyabrında AFFA tərəfindən sözügedən Azərbaycan təmsilçisinə göndərilib. Britaniyalı ötən ilin mayında anlaşma yeniləyərək daha 1 il Bakıda qalıb.

Fanat.Az

Mənbə: fanat.az