Fransalı futbolçu DÇ-2018-in qızıl medalını satdı

Fransalı futbolçu DÇ-2018-in qızıl medalını satdı

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qızıl medallarından biri hərracda satılıb.

"Report" "Juliens Auksion"a istinadən xəbər verir ki, medalını verən fransalı futbolçunun adı açıqlanmır. Onun satışdan 65 min 950 avro qazandığı deyilir.

Qeyd edək ki, Fransa mundialın finalında Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək DÇ-2018-in qalibi olub.

Mənbə: report.az