Portuqaliyada futbol çempionatı iyunda bərpa olunacaq

Portuqaliyada futbol üzrə çempionat iyunun 3-də yenidən bərpa olunacaq. Day.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Portuqaliyada futbol çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

Son məlumata görə, Portuqaliyada koronavirusa yoluxma faktı 30 mindən çox, bu xəstəlikdən ölüm faktları isə 1,2 mindən çox qeyd edilir.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Videokonfrans: Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media

SONRAKI XƏBƏR

23 yaşına qədər Çempionlar Liqasında ən çox qol vuran futbolçular bəlli olub - SİYAHI