Paşayevin iki aylıq futbol həsrəti bitdi

Paşayevin iki aylıq futbol həsrəti bitdi

"Aleksandriya" iki aylıq fasilədən sonra ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü olan Pavel Paşayevin komandası "Vorskla" ilə qarşılaşıb.

Matçda 6 qol vurulub. Qarşılaşma 4:2 hesabı ilə "Aleksandriya"nın xeyrinə başa çatıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqası mayın 30-dan etibarən yenidən bərpa olunacaq.

Mənbə: offsideplus.az