“Bavariya” bölgə klublarına maddi dəstək oldu

“Bavariya” bölgə klublarına maddi dəstək oldu

“Bavariya” koronavirus pandemiyası səbəbindən maddi baxımdan çətin duruma düşən Almaniya Regionlar Liqası klublarına dəstək olub.

Qol.az xəbər verir ki, bu haqda münhenlilərin saytı məlumat yayıb. Klub azarkeşlərinin köməyi ilə 460 min avro toplayıb və onu klublara yardım xeyriyyə fonduna yönəldib.

Qeyd edək ki, 2019/20 mövsümünün geridə qalan hissəsinin azarkeşlərsiz keçiriləcəyi qətiləşəndə “Bavariya” abonementi olan fanatlarına müraciət edib. Təklif edilib ki, azarkeşlərin pulu geri qaytarıla və ya o pul xeyriyyə məqsədilə region klublarına verilə bilər. Beləliklə, fanatların da razılığı ilə Regionlar Liqasının 18 klubundan hər birinə 20 min avro, Bavariya Dövlət İdman Assosiasiyasına isə 100 min avro yardım olunacaq.

Mənbə: qol.az