"Nyu-York Niks" əfsanəsi Patrik Yuinq koronavirusa yoluxub

"Nyu-York Niks"in əfsanəsi və Corctaun Universitetinin basketbol komandasının hazırkı baş məşqçisi Patrik Yuinqdə koronavirus aşkarlanıb.

 

Fanat.Az xəbər verir ki, Yuinq "Twitter" səhifəsində bu barədə paylaşım edib:

"Bu virus ciddi problemdi. Ona adi yanaşmaq olmaz. Hamını təhlükəsizlik tədbirlərinə əməl etməyə və özlərini, o cümlədən yaxınlarını qorumağa çağırıram.

Tibb işçilərinə və koronavirusla mübarizədə "ön cəbhə"də olan hər kəsə təşəkkür etmək istəyirəm. Mənə gəlincə, hər şey yaxşı olacaq. Hamımız bu problemin öhdəsindən gələcəyik".

Yuinq 1985-ci ildə "Niks" tərəfindən NBA draftında birinci sıradan seçilib. O, 15 il Nyu-York təmsilçisinin formasını geyinib. Yuinq basketbolun Şöhrətlər zalının üzvüdü.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Astaralı Qarabağ qaziləri Prezidentə minnətdarlıq edirlər

SONRAKI XƏBƏR

Fransa səfiri: “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı” - MÜSAHİBƏ