Koutinyonun taleyi necə olacaq?

“Bavariya” icarə qaydasında heyətinə cəlb etdiyi “Barselona”nın yarımmüdafiəçisi Koutinyonu 120 miyon avroya almayıb.

Qol.az xəbər verir ki, klubun direktorlar şurasının sədri Karl-Haynz Rummenige “Der Spigel”ə müsahibəsində deyib: “Onun müqaviləsində bununla bağlı maddədən istifadə etmək imkanımız olsa da, biz onu aktivləşdirmədik. Ona görə də növbəti mövsüm üçün heyəti müəyyənləşdirəndə biləcəyik ki, Koutinyo heyətdə olacaq, ya yox”.

Rummenigenin sözlərinə görə, “Bavariya” koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinlik səbəbindən transfer bazarında çox pul xərcləməyəcək.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Dünya Bankı Belarusa 90 mln. avroluq yardım paketi təsdiq edib

SONRAKI XƏBƏR

Tramp nüvə bombası partlatmağı planlaşdırır ÖTƏN HƏFTƏ AĞ EVDƏ MÜZAKİRƏ OLUNUB