"İnter" PSJ-yə "yox" deyəcək

"İnter" PSJ-yə "yox" deyəcək

PSJ Mauro İkardininin transfer haqlarını ələ keçirmək niyyətindədi.

PSJ yaxın günlərdə "İnter"ə bonuslarla birlikdə 60 milyon avro (50 milyon + 10 milyon) təklif edəcək. Fanat.Az jurnalist Canluka Di Martsioya istinadən xəbər verir ki, "neradzurri" "parislilər"ə "yox" cavabı verəcək. İkardinin müqaviləsində göstərilən təzminat məbləği 70 milyon avro təşkil edir. Ödəniş may ayında edilməlidi.

"İnter" daha adekvat təklif gözləyir. İtaliya təmsilçisinin koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar mümkün qiymət endirimini nəzərə alacağı bildirilir.

2019-20 mövsümündə Liqa 1-də 20 matçda meydana çıxan argentinalı futbolçu 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Mənbə: www.fanat.az