“Barselona” və “Mançester Siti” müdafiəçilərini dəyişir

İspaniyanın “Barselona” klubunun futbolçusu Nelson Semedunun karyerasını davam etdirmək istədiyi komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İngiltərənin “Mançester Siti” klubuna keçmək niyyətindədir.

26 yaşlı futbolçunun İtaliya “Yuventus”una keçəcəyi də bildirilirdi. O, Miralem Pyaniçlə bağlı alqı-satqı çərçivəsində klubunu dəyişməli idi.

Lakin portuqaliyalı Premyer Liqa təmsilçisinə keçməyə qərar verib. Baxmayaraq ki, mançesterlilər Çempionlar Liqasından kənar qalacaq.

Onun “Mançester Siti”yə keçidi qarşılığında Joau Kanselu “Barselona”ya yollanmalıdır. İki klub arasında ilkin razılıq əldə olunduğundan transferin bu yay rəsmiləşməsi gözlənilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı politoloq: - “Ermənistan varlığına görə borclu olduğu Rusiyadan üzr istəməlidir” - VİDEO

SONRAKI XƏBƏR

QMİ: Bu il məscidlərdə bayram namazı qılınmayacaq