Premyer Liqamız nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

“Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının bərpası ilə əlaqədar təşkilatı baxımdan heç bir problem yoxdur. Klublara məşqlərlə, müqaviləsi başa çatacaq futbolçularla bağlı bütün təlimatlar göndərilib”.

Bu sözləri Qol.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib ki, iyunun 1-dən Azərbaycanda idman yarışlarına icazə veriləcəyi gözlənilir: “İyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazənin verilməsi gündəmdədir və yəqin ki, müvafiq qərar veriləcək".

A.Şahgəldiyev bildirib ki, hazırda təmsil etdiyi qurum Nazirlər Kabinetinin bununla bağlı çıxaracağı rəsmi qərarı gözləyir: “Əgər qərar verilsə, iyunun 1-dən komandalar ümumi hazırlığa başlaya biləcəklər. AFFA tərəfindən klublara koronavirus testindən keçmələri üçün maliyyə yardımı göstərilib. Müsbət haldır ki, heç bir klubun futbolçusu və əməkdaşında virus aşkarlanmayıb”.

“İyununda 1-dən idman yarışlarının keçirilməsinə icazə verilsə, çempionat nə vaxt bərpa olunacaq” sualına PFL rəsmisi belə cavab verib: “Bununla bağlı klublarla müzakirələrimiz olacaq. Rəsmi qərar və yeni məsləhətləşmə olmadan hər hansı vaxt desək, ictimaiyyəti çaşdırmış olarıq. Təqvim müəyyənləşdirəcəyik. UEFA-nın tövsiyəsi belədir ki, avqustun əvvəlinə qədər çempionatlar bitməlidir. Amma bu vaxtın uzanacağı da istisna deyil”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Dedim ki, müəllim, cırmayın, o dəftər yeganə nüsxədir” – Məktəb illəri

SONRAKI XƏBƏR

Kəraçidə təyyarə qəzasının səbəbi