MMA döyüşçüsü Nurməhəmmədovun atasına müraciət etdi

Rusiyalı MMA döyüşçüsü Tahir Ulanbekov Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədova müraciət edib.

Bu barədə idmançı “Instagram” hesabında yazıb.

T.Ulanbekov mayın 22-də UFC ilə müqavilə imzalayıb.

“Bu günkü səviyyəyə çatdığım üçün bu insana çox şey borcluyam. Onun yanına necə gəldiyimi və mənim üçün etdiklərini xatırlayıram. Bu insan mənə, ailəmə çox əmək, vaxt və əsəblərini sərf edib”, - deyə idmançı yazıb.

Xatırladaq ki, A.Nurməhəmmədov koronavirus diaqnozu ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

UNESCO Misirin Tahrir Muzeyini Afrikanın ən yaxşı muzeyi kimi qiymətləndirib

SONRAKI XƏBƏR

Tərtərlə bağlı yazılanlar həqiqətdirmi? - Rəsmi açıqlama