Dünyanın ən varlı qadın idmançısı

Dünyanın ən varlı qadın idmançısı

Yaponiyalı tennisçi Naomi Osaka dünyada ən çox qazanan qadın idmançı kimi "Forbes"in siyahısına düşüb.

Moderator.az-ın məlumatına görə, ABŞ və Avstraliya çempionatlarının, eləcə də bir neçə dünya səviyyəli idman yarışının qalibi olan 22 yaşlı Naomi Osaka son bir ildə 37,4 milyon dollar qazanıb.

Osakaya qədər dörd il ərzində ən çox qazanan qadın idmançılar siyahısına Serena Villyams liderlik edib. 2019-cu ildə Naomi Osaka ən çox qazanan qadın idmançılar siyahısında 24,3 milyon dollar gəliri ilə Villyamsdan sonra ikinci sırada yer almışdı.

2015-ci ildə ən varlı qadın idmançı 29,7 milyon dollarlıq gəliri ilə tennisçi Mariya Şarapova olub.

Mənbə: moderator.az