"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

"Barselona"nın müdafiəçisi Nelson Semedu karyerasını "Mançester Siti"də davam etdirmək istəyir.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Semedu "Siti"də oynamaq barədə qərar qəbul edib. Komandanın Çempionlar Liqasından uzaqlaşdırılması onu fikrindən daşındırmayacaq.

"Şəhərlilər" 26 yaşlı futbolçu qarşılığında Joau Kanselunu "Barselona"ya göndərməyə hazırdı. Hər iki oyunçunu menecer Jorje Mendeş təmsil edir. Tərəflərin anlaşmaya yaxın olduğu bildirilir.

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Semedunun xidmətində maraqlıdı. Eyni zamanda, katalon çalışdırıcı Kanselunun oyunundan narazı olduğu üçün onun "Barsa"ya keçidinə qarşı çıxmayacaq.

Mənbə: fanat.az