Pərviz Musayev: “Bakıda velosiped istifadəçiləri üçün şərait yoxdur” - VİDEO

Azərbaycan velosiped idmanı federasiyasının mətbuat katibi Pərviz Musayev “ARB 24” telekanalında “Gündəm” verilişinin qonağı olub.
YPX.AZ xəbər verir ki, qurum rəsmisi ölkəmizdə velosiped infrastrukturu ilə bağlı gələcək perspektivlər, velosipeddən nəqliyyat vasitəsi kimi istifadədə ortaya çıxan problemlərlə bağlı danışıb:
“Bütün bunların kökündə duran məsələ odur ki, illərdir görülən işlərdə, yenilən infrastrukturda təəssüf ki, velosiped zolaqları nəzərə alınmayıb. Bu, reallıqdır. Velosipedçilər üçün şərait yaradılması nəzərə alınmayıb.
Neçə illərdir ki, ölkəmizdə avtomobillər üçün yeni yollar qurulur, yenilənir. Ancaq hansında velosipedçilər üçün zolaq ayrılıb? Təəssüf ki olmayıb. Artıq illərdir ki, belə proses gedir. İndi çətindir, layihələrdə nəzərə alınmayıb, bundan sonra necə edəcəyik”.
İstinad edildi: Allsport.az

 

Ypx.az

ƏVVƏLKİ XƏBƏR

Pakistanda təyyarə qəzasında dünyaca məşhur model də öldü

SONRAKI XƏBƏR

Odun doğrayan gənc ehtiyyatsızlıqdan öz əlini doğrayıb