Yeni mövsümün başlama tarixi bəlli oldu

Yeni mövsümün başlama tarixi bəlli oldu

Fransa çempionatında yeni mövsümün nə vaxt başlayacağı məlum olub.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1-in 22 avqustda başlaması planlaşdırılır. Liqa 2-də isə mövsümün ilk matçı sözügedən tarixdən bir gün sonra oynanılacaq.

Fransa Peşəkar Futbol Liqası (LFP) təqvimi təsdiqləmək üçün UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək və Çempionlar Liqasının oyunlarının tarixlərinin müəyyənləşəcəyi iclasın nəticəsini gözləyir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Fransada 2019-20 mövsümü erkən başa çatıb.

Mənbə: fanat.az