"Hər iki "El Klasiko"da "Real" "Barselona"dan üstün idi"

"Real"ın vingeri Vinisius Junior La Liqanın cari mövsümündə oynanılan "El Klasiko"lara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Vinisius "Marca"ya müsahibəsində, hər iki oyunda "Barselona"dan üstün olduqlarını qeyd edib:

"El Klasiko"ları sonradan izləmək imkanım oldu və düşünürəm ki, hər iki oyunda biz "Barselona"dan üstün idik. Fikrimcə, bir neçə aspekt üzrə onlardan güclü idik. Mövsüm dayandırıldığı ərəfədə yaxşı oyun nümayiş etdirirdik. İndi yenidən formamızı bərpa etməliyik.

Səbirsizliklə meydana qayıdacağımız günü gözləyirik. Yenidən qələbləri sıralamaq niyyətindəyik. Azarkeşlərimizə görə çempion olmaq istəyirik. İnsanlar hazırda əziyyət çəkirlər. Ən azından "Real"ı dəstəkləyənlərin sevinməsi üçün bir səbəb olardı.

Başa düşürük, çempionluq problemlərin həlli demək deyil. Amma, heç olmasa, insanlara gülüş və sevinc bəxş edərdik".

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Netanyahudan İrana sərt xəbərdarlıq: Bunu sınamasınlar, yoxsa...

SONRAKI XƏBƏR

Camal Xaşuqcinin oğlu ailəsinin atasının qatillərini əfv etdiyini deyir